Redaktordan
Artıq iki ildir ki,
Karvan öz oxucuları ilə həmsöhbətdir.
Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir,
yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk.
Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır.
İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü,
əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi, İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər.
Peyğəmbər (s.ə.s) və məsum imamların dilindən nəql olunan hədis və rəvayətlər,
Bəhlul Danəndənin hikmətli nəsihətləri oxucuların diqqətini xüsusi olaraq cəlb edir.
Bütün bunlarla yanaşı, KARVAN hər nömrəsində oxuculara tibbi məsləhətlər verir və müxtəlif mövzularda TESTlər hazırlayır.
Karvançılar günü-gündən müasirləşən dünyanı addımbaddım izləyir və əldə olunan ixtira və nailiyyətləri siz əziz oxucuların ixtiyarına qoyur.
Dini dərgi olaraq öz oxucularına aylıq namaz vaxtlarını da təqdim edir.
Əhalini dini sahədə maarifləndirməklə yanaşı, xeyirxahlıq missiyasını həyata keçirərək pulsuz kəbin kəsir, müxtəlif əlaqə vasitələrindən istifadə edərək oxucularla məsləhətlər verir, onların suallarını
cavablandırmağa çalışırıq. KARVAN hər sayında şou əhli ilə
də görüşlər keçirir, onların dini baxışlarını öyrənir.
Bir sözlə, KARVAN ölkəmizdə bənzəri olmayan dini dərgidir.
Beləliklə, sözümüz
sözdür: Bu KARVANdan geri qalmayın!