Hörümçək
Yaradanların ən gözəli olan
Allah nə qədər uca və nə
qədər uludur!
Verdiyimiz sözə əməl edərək
bu sayımızda da Quranın heyvanat
aləmi barədə söhbət açmaq
istəyirik. Bu dəfə
sizin görüşünüzə əsrarəngiz hörümçəklər gəlib.
Varlıq aləmini yoxdan
yaradan Allahın saysız-hesabsız
əlamət və nişanələri bəşər övladını
hər zaman
düşünüb-daşınmağa sövq edir. Aparılan elmi araşırmalar dərinləşdikcə, insana qatı
açılmayan yeni-yeni sirlər
məlum olur. Bu isə
ağıl və düşüncə sahiblərini
Allahın əzəməti qarşısında daha da
kiçilməyə vadar
edir.
Allahın yaratdığı heyrətamiz
varlıqlardan biri də özünün
bütün xüsusiyyətləri ilə insanı heyran edən hörümçəklərdir. Qurani-Kərimin 29-cu
surəsinə hörümçək «Ənkəbut» adı
verilib. Ümumilikdə, onun
adına yalnız iki yerdə
rast gəlmək olur. Burada
hörümçəyin möcüzəvi xüsusiyyətinə deyil, Allahdan uzaq düşənlərin
tutduqları yolun hörümçək toruna bənzədildiyinə
işarə olunsa da, sağlam
düşüncə sahibləri hörümcəyin bütün xüsusiyyətlərinə diqqət yetirib, onlardan
həm ibrətamiz, həm də
elmi nəticələr əldə edə bilmişlər.
Allahdan
başqa özlərinə dost (hami) qəbul
edənlər özünə
yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin
ən zəifi isə, şübhəsiz, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yük nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar («Ənkəbut» surəsi, 41-ci ayə).
İndisə gəlin birlikdə
bu sirli
heyvanın şəxsi
işinə nəzər salaq.
Cütləşmə dövrü.
Hörümçəklərin
bədən quruluşu, cütləşmə dövrü, ovetmə
və yuvaqurma üsulu digər həşəratlardan
kəskin şəkildə fərqlənir. Cütləşməyə
hazır olan erkək hörümçək
yuvanın kənarında və ya dişi
hörümçəyin qarşısında xüsusi hərəkətlər edərək onu
özünə cəlb edir. Özünə
münasib cüt seçdikdən sonra, qabaq
ayaqlarının uclarındakı
nazik buynuzlarla öz toxumunu dişi hörümçəyin
bədəninə ötürür. Cütləşmə başa çatdıqdan
sonra, erkək hörümçəklər
son dərəcə ehtiyatlı olmalıdırlar. Yoxsa dişi
hörümçəklər onları öldürüb yeyə bilər. Bəzi növləri canlarını qurtarır, bəziləri könüllü şəkildə özlərini
yedirdir, bəziləri isə uzun
müddət bir yerdə yaşayır. Lakin bütün hallarda
erkək hörümçəklər
cütləşmə dövründən sonra vəzifələrini yerinə yetirib
ölürlər. Dişi hörümçəklərin
də bəzi növləri dünyaya
bala gətirdikdən sonra dərhal ölür
və onun bədəni balalarının
yeminə çevrilir. Bəzi hallarda
isə bir ilə qədər
onlarla birlikdə yaşaya bilirlər. Dişi
hörümçəklər, hətta mayalanmadan da yumurta
qoya bilirlər.
Mahir ovçu
Soyuq qanlı hörümçəklər
qurduqları torun ya kənarında
və ya tam ortasında duraraq öz
ovunu gözləyir. Ov tora
düşdüyü zaman tor titrəyir
və
hörümçək dərhal ovuna tərəf
gələrək onu öz zəhəri ilə
sancır. Sonra onun
daxilinə xüsusi maye buraxaraq
yeməyə hazır vəziyyətə gətirir. Hörümçəklər
ovlarını içlərindən yeyirlər.
Ov öz həcmindən böyük olduqda
onu sancmazdan əvvəl torla bürüyür, hərəkətsiz
qaldıqdan sonra onu sancaraq
öldürür.
Torun tərkibi və
rolu
Hörümçəklər indinin özünə qədər
tərkibi elmə məlum olmayan
torlarını müxtəlif tərkib və formalarda
qururlar. Belə ki, onların ov, yuva, aşağı və yuxarı
hərəkət etmək üçün istifadə
etdikləri və ovlarının üzərinə çəkdikləri
torların tərkibi bir-birindən
fərqlənir və hörümçəklərə öz torları
ilə müxtəlif funksiyaları yerinə yetirməyə imkan verir. Hörümçəklər öz torlarından həm də
soyuqdan, düşməndən qorunmaq və yumurta
qoymaq məqsədilə
də istifadə edirlər. Əsasən, zülaldan
təşkil olunan
hörümçək torları
yapışqan zərrəciklərdən ibarət olur. Özünə
məxsus tərkibə malik olan
hörümçək toru analoqu olmayan ən
möhkəm yüngül materiyadır. Belə
ki, əgər hörümçək
torundan adi karandaş qalınlığında ip düzəltmək
mümkün olarsa,
onunla «BOİNQ-747» kimi böyük təyyarəni
asanlıqla çəkmək olar.
Hələ qədim zamanlarda
hörümçək torundan qanaxmaların qarşısını almaqda və çətin sağalan yaraların
bağlanılmasında
istifadə olunmuşdur.
Kanuflyac
Hörümçək bir çox canlılar
kimi qorunmaq və ya ov
etmək məqsədilə öz rənglərini məharətlə dəyişə bilir. Lakin
onlar digər canlılardan fərqli olaraq
tək rənglərini deyil, hətta formalarını
belə dəyişə bilirlər. Onlardan
bəziləri özlərini, hətta qarışqalara
belə bənzədə bilirlər.
İnsan və hörümçək
Bəşər övladı aslan
kimi vəhşi heyvanı əhliləşdirdiyi
bir halda, demək olar
ki, hamının evində
çağırılmamış bu qonağı əhliləşdirə
və ondan istifadə edə bilməmişdir. Bəlkə də bu, hörümçəklərin soyuqqanlılığından və son dərəcə
aqressivliyindən
irəli gəlir. Əgər hörümçəkləri
əhliləşdirmək
mümkün olsaydı,
barama qurdlarının yuvalarından istifadə olunduğu kimi, onların da
torlarından istifadə olunar və beləliklə, dünyanın ən möhkəm yüngül
materialı əldə olunardı. Dünyanın
bir çox qabaqcıl ölkələrinin hərbi sahəsində
bu məsələyə xüsusi diqqət yetirilir
və hər il milyonlarla
dollar xərclənilir. Alimlər artıq
belə bir qənaətə gəlmişlər
ki, əgər hörümçək
torunu istər təbii yolla
olsun, istərsə də
süni üsulla əldə etmək
mümkün olarsa,
onda dünyada ən möhkəm və
ən yüngül zireh hazırlamaq
olar. Lakin hələ
ki hörümçək öz bacarığını kiminləsə bölüşmək fikrində deyil.
Hörümçəklə zarafat
Qərb alimləri bu məğrur
həşəratı özlərinə ram edə bilməsələr
də, onun üzərində
belə bir maraqlı eksperiment aparmaq
qərarına gəlirlər.
Onlar müxtəlif narkotik maddələri hörümçəklərin qidalarına daxil edərək, onların toruna atırlar. Kofe tərkibli qidaları qəbul edən
hörümçəklər qeyri-adi hərəkətlər edərək torlarını qırıq-qırıq
toxuyurlar. Həşişli qida qəbul
edən hörümçəklər
həyatı milçəksiz
də gözəl təsəvvür edib, ümumiyyətlə, tor toxumaqdan imtina edirlər. Kofein qəbul edən
hörümçəklərdə
isə yuxusuzluq əlamətləri müşahidə olunmağa başlanır.
Sonuncu Peyğəmbərin (s.ə.s) xilaskarı
Mötəbər tarixi mənbələrdən
belə məlum olur ki, İslam Peyğəmbəri (s.ə.s) Məkkədən Mədinəyə hicrət edərkən ilk
öncə Əbu Bəkrlə birlikdə
Məkkənin cənubundakı mağaraların birində sığınacaq tapır. Məkkə
müşrikləri ləpirçinin köməyi ilə onların
gizləndikləri
mağaraya qədər gəlib- çatsalar
da, mağaranın ağzının hörümçək
toru ilə tutulduğunu görüb, onların
orada olmadıqlarını güman edib, yollarını başqa bir istiqamətdə
davam etdirirlər. Bax, beləcə, Allah-Təala balaca
bir hörümcəyin zərif toru ilə
əlisilahlı cəngavərləin qarşısını alır.
Doğrudan da Allah yenilməz
qüdrət və hikmət sahibidir.