RUBRİKALAR

Teleqraf
Bildirçin
Nadir-Tarix
Sarban
Möcüzələr
Cütcü
İnkir-Minkir
Üzüm
Əlifzəbər - Ə
Şəxsiyyətlər
Bəhlul Danəndə
Təbib


Haqqımızda



Redaktordan

Artıq iki ildir ki, Karvan öz oxucuları ilə həmsöhbətdir. Dərgimizin hər sayında oxucuları maraqlandıran suallara cavab verir, yaşadığımız mühitdə dinlə əlaqəli olan məsələlərə aydınlıq gətiririk. Karvan ölkəmizdə dərc olunan və əhalinin bütün təbəqələrinin marağını oyadan yeganə dini jurnaldır. İslamda kişi və qadın münasibətləri ilə maraqlananlar CÜTÇÜnü, əlamətdar tarixi hadisələrlə tanış olmaq istəyənlər NADİR-TARİXi , İslamın dahi şəxsiyyətləri ilə tanış olmaq istəyənlər isə ŞƏXSİYYƏTLƏRi mütaliə etməklə bir-birindən maraqlı məlumatlar əldə edirlər. ... Ətraflı



 

Cütçü



Gəlmişəm otağina oyadam səni

(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! («Bəqərə» surəsi,223-ayə).

«Zifaf» lüğətdə hədiyyə mənasını ifadə edir. Bizdə necə, «zifaf gecəsi» gəlinlərə hədiyyə olunur, yoxsa?..

 

Stop! Yengə

 İnsan həyatında üç unudulmayan məqam olur: dünyaya gəliş, toy gecəsi və ölüm. Onlardan ikisi, yəni dünyaya gəliş və ölüm insanın  öz əlində olmur. Lakin toy gecəsinin ğün və müddətini insan özü müəyyən edir. Toy gecəsi  mühüm və əlamətdar olduğundan hamı onu hər zaman xatırlaya biləcək səviyyədə keçirməyə çalışır. Bu məsələyə xüsusi diqqət yetirən avropalılar öz yataqlarını oğul və nəvələrinə hədiyyə edir və bunu xoşbəxtlik simvolu kimi qiymətləndirirlər. Gəlin otağı şamlarla bəzədilir, gözəl ətirlər verilir, qızılgül ləçəkləri səpilir və. s.  Təəssüflər olsun ki, bir çox yerlərdə bu məsələyə qədərincə diqqət yetirilmir. Etiraf etməliyik ki, müsəlman olmağımıza baxmayaraq, həyatımızın bu sahəsində nəzərəçarpacaq nöqsan və xoşagəlməyən hallar var. Məsələn, bir çoxları belə hesab edir ki, cinsi yaxınlıq mütləq  toy gecəsi  baş verməli və sonraki günlərə təxirə salınmamalıdır. Hətta bu işə nəzarət edəcək, daha dəqiq desək, insanın abır-həyasını aparacaq «yengə xala» da təyin edirlər. Belə bir «adətin» haradan qaynaqlandığı bizə dəqiq məlum deyil, amma dinimizə, mənlik və qeyrətimizə zidd olduğunu dəqiq bilirik. Bir anlığa birinci dəfə qonaq getdiyiniz evdəki vəziyyti nəzərə alaq. İstər-istəməz sıxıntı və utancaqlıq hissləri keçiririk. İndi isə özünüzü züfaf gecəsində müxalif cinsin nümayəndəsi ilə üz-üzə qalan və ömründə bir dəfə də olsa, kişi əli dəyməyən qızın  yerinə qoyun. Sizcə, nə etməli?  Xoş sözlərlə könlünü alıb gələcək həyat barədə danışmaq lazımdır, yoxsa vaxt gedir, camaat bizi gözləyir deyib….

 

Səbirli olun

 

 Toy mərasimi başa çatdıqdan sonra gəlin və bəy xüsusi olaraq onlar üçün hazırlanmış otağa  gətirilirlər. Bununla da tərəflərin uzunsürən həsrətinə son qoyulur.  Amma cütlük tam sərbəstlik əldə etsələr də toy gecəsinin də özünəməxsus qayda-qanunları olduğunu unutmamalıdırlar. Müsəlmanlığımızı və İslam dininə iman gətirdiyimizi nəzərə alaraq,  bu məsələyə xüsusi diqqət yetirməliyik.

 

*Evə daxil olduqdan sonra gəlinin ayaqqabısını çıxarın, ayaqlarını yuyun və suyu evinizin həyətinə səpin. Bunu bizə dinimiz tövsyə edir. Qorxmayın, bu sizin kişiliyinizə xələl gətirməz.

 

*Uzunsürən həsrətə son qoyulsa da, kişilər gətirdikləri gəlinin indiyədək yad kişi ilə belə bir yaxın münasibətdə olmadığını nəzərə almalı və onları cinsi yaxınlığa məcbur etməməlidirlər. Qoy başınızın tacı evinizin ab-havasına alışsın, gözəl sözlərlə ona nəvaziş göstərin.

 

*Əgər gəlin heyz halındadırsa onunla yaxınlıq etmək əsla olmaz.Müddətin başa çatdığını və heyz qüslü almasını gözləmək lazımdır.

 

*Cinsi yaxınlığa hazır olduqda belə, yenə də səbirli və hövsələli olmaq lazımdır. Ayaq üstə, açıq havada, ağac və gün şüalarının altında, evin damında, Qurban və Fitr bayramı günlərində, azanla iqamə arasında, Şəban ayının 15 və səfər gecəsi cinsi yaxınlıq etmək olmaz.

 

*Toy gecəsi iki rükət namaz qılın, namazdan sonra Allaha şükür etdikdən sonra dua edin və dualarınızda Allahdan sizə sağlam və əməlisaleh övlad nəsib etsin. Həyat yoldaşınızın sizi sevib sadiq qalmasını diləyin.

 

*Tərəflərdən biri (xüsusilə xanımlar) cinsi yaxınlığı təxirə salmağı xahiş etdikdə xahişini qəbul etmək lazımdır və bu işdə israr etmək olmaz.

 

*Toy gecəsini qəməri aylarının ilk orta və son günlərinə salsanız,  həmin günlərdə cinsi yaxınlıq etməkdən çəkinin.

 

*Cinsi yaxınlıq zamanı söhbət etməyin və utanmayasanız deyə bir-birinizə nəzər salmayın.

 

*Axşamüstü cinsi yaxınlıqda olmayın, gecə cinsi yaxınlıqda olduğunuz zaman əvvəllər sevdiyiniz başqa birisi barədə düşünməyin. Bu, gələcək övladınızın ruhiyyəsinə mənfi təsir göstərə bilər.

 

*Tox qarınla cinsi yaxınlıqda olmağınız məsləhət deyil. Bu işi yeməkdən bir qədər sonra yerinə yetirin.

 

*Cinsi yaxınlıq zamanı ədəb qaydalarına  riayət etmək məqsədilə köynək geyinmək məsləhətdir.

 

*Zifaf gecəsindən etibarən gəlin cinsi yaxınlıqda olduğu təqdirdə süd, sirkə, keşniş, turş alma kimi qida məhsullarından istifadə etməməlidir. Çünki qeyd olunan qida məhsulları ana bətninə düşən rüşeymin inkişafına mənfi təsir göstərir, bu isə bir çox hallarda sonsuzluqla nəticələnir.

Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyurulur: «Qadın sirkə yediyi müddətdə heyz halına düşərsə, heyzdən çox gec təmizlənər, keşniş heyz halını daha şiddətli edər, turş alma isə heyz müddətini tez bir zamanda kəsər. Ana bətnində qalan qan isə bir çox xəstəliklərə səbəb olar».